Şalva Papuaşvili - Gürcüstana və onun Avropa istəklərinə münasibət müsbətdir, Hollandiyadan bizə dəstək olacağını düşünürəm
Şalva Papuaşvili - Gürcüstana və onun Avropa istəklərinə münasibət müsbətdir, Hollandiyadan bizə dəstək olacağını düşünürəm

 

Hollandiya Aİ-nin genişlənməsində əhəmiyyətli təsir imkanlarına və həlledici sözə sahib olan ölkələrdən biridir- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Niderland Krallığına səfəri yekunlaşdırarkən Papuaşvili Gürcüstanla bağlı əhval-ruhiyyənin müsbət olduğunu qeyd edib. Şalva Papuaşvili namizəd statusunun verilməsi prosesində Gürcüstanın Hollandiyanın dəstəyini alacağını düşünür.

“Hollandiyaya xüsusilə intensiv səfərimiz baş tutdu. Həm Niderland Parlamentinin Yuxarı və Aşağı Palatalarının sədrləri, həm də Xarici Əlaqələr və Müdafiə komitələrinin üzvləri ilə görüşdük. Həmçinin “Eurojust”ın prezidenti, Gürcüstanın Avropa gələcəyi ilə bağlı müzakirələr keçirilmiş Klinqendail İnstitutunda da görüşümüz oldu. Hollandiya Aİ-nin genişlənməsində əhəmiyyətli təsir imkanlarına və həlledici söz sahibi olan ölkələrdən biridir. Bundan irəli gələrək, parlamentlər arasında sıx əlaqə vacibdir.

Siyasi parlament diplomatiyasından başqa, Avropa İttifaqının “Twinning” layihəsini həyata keçirməyimiz də bizi Hollandiya Parlamenti ilə birləşdirir. Bu baxımdan da bizim xüsusi əməkdaşlığımız var. Bütövlükdə deyə bilərik ki, Gürcüstana, onun Avropa istəklərinə münasibətdə əhval-ruhiyyə müsbətdir. Namizədlik statusunun verilməsi məsələsinə növbə gələndə Hollandiyadan dəstək alacağımızı düşünürəm. Bundan irəli gələrək, bu səfərin də vacib rol oynadığını düşünürəm”- deyə Şalva Papuaşvili açıqlayıb.

Gürcüstanın parlament nümayəndə heyətinin Niderland Krallığına səfəri başa çatıb və Lüksemburqa yollanacaq.