Şalva Papuaşvili - Gürcüstan və Ukrayna arasında ixtilaf sadəcə Rusiyanın işinə yarayır, bu ixtilafın təşəbbüskarı Rusiyanın işini görür
Şalva Papuaşvili - Gürcüstan və Ukrayna arasında ixtilaf sadəcə Rusiyanın işinə yarayır, bu ixtilafın təşəbbüskarı Rusiyanın işini görür

 

Gürcüstan və Ukrayna arasında ixtilaf sadəcə Rusiyanın işinə yarayır, Bu ixtilafın təşəbbüskarı olan istənilən şəxs Rusiyanın işini görür – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.

O, Gürcüstan hakimiyyəti ilə bağlı təəssüf ki, dezinformasiyaların yayılması hallarının çoxlu olduğunu bildirib.

“Amerika səfirinin, Gürcüstan və Ukrayna arasında ixtilafın sadəcə Rusiyanın işinə yaraması ilə bağlı rəyini təkrarlayacağam. Bundan nəticə çıxaraq, ixtilafın ilhamvericisi kimdir ?, bu və ya digər şəxs kimin işini görür ? Təəssüf ki, Gürcüstan hakimiyyəti ilə bağlı dezinformasiyaların yayılmasının çoxlu hallarına şahid olduq. Biz Gürcüstan daxilində radikal müxalifətlə olan birbaşa əlaqələri bilirik. Belə ki, bu, sadəcə, təəssüfdoğurucu bir vəziyyətdir. Gürcüstan və Ukrayna arasında ixtilaf sadəcə Rusiyanın işinə yarayır, Bu ixtilafın təşəbbüskarı olan istənilən şəxs Rusiyanın işini görür”- deyə Şalva Papuaşvili bildirib.