Şalva Papuaşvili - Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq bir komanda olaraq işləmək kimi qəbul edilir, bu, hökumətlərimiz və parlamentlərimiz arasında real təcrübədir
Baş nazir Əli Əsədovla görüşümüz oldu, birgə həyata keçirdiyimiz iqtisadi layihələrdən danışdıq, bir tərəfdən Azərbaycanın Gürcüstan üzərindən Avropa bazarına çıxışının, digər tərəfdən Avropa İttifaqının şaxələndirilmiş enerji daşıyıcılarına malik olmasının vacib olduğu enerji layihələrini müzakirə etdik-bu barədə parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
O, Azərbaycanda keçirilən görüşlər zamanı digər məsələlərlə yanaşı, Qara dənizdə Avropa İttifaqı ilə birgə həyata keçirilən yeni layihəyə də toxunulduğunu bildirib.
“Hökumətlər arasında olduqca intensiv iş gedir. Parlamentin nöqteyi-nəzərindən bu cür layihələrin həyata keçirilməsini təşviq etmək üçün hansı qanunvericilik bazasının mövcud olmasından danışdıq. Beləliklə, hər iki ölkənin parlamentləri bütün bu layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi mühitin yaradılması məqsədilə bu məsələlərdə əməkdaşlıq etmək niyyətindəyik. Bu gün faktiki olaraq siyasi qolların bütün rəhbərləri ilə, prezidentlə, parlamentin sədri ilə, baş nazirlə görüşdük. Biz regional təhlükəsizlik, hamımızın Ermənistan və Azərbaycan arasında sabit sülhə olan ümidimizdən danışdıq. Tezliklə sülh sazişinin bağlanacağına yönəlik nikbin əhvali-ruhiyyədəyik, bu, regionumuzun potensialını, xalqlarımız üçün ölkələrimizdə rifahı daha da artırmaq imkanlarını artıracaq. Apardığımız ətraflı müzakirə ölkələrimiz arasında münasibətlərin nə qədər etibarlı olduğunu, hər ikimizin strateji tərəfdaşlığa nə qədər həvəsli olduğunu göstərir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq müxtəlif məsələlər üzrə bir komanda olaraq işləmək kimi qəbul edilir və bu, hökumətlərimiz və parlamentlərimiz arasında münasibətlərdə real təcrübədir” – Papuaşvili açıqlayıb.