Şalva Papuaşvili - Gürcüstan namizəd statusuna ən çox layiq idi və biz bunun tanınmasını gözləyirik
Şalva Papuaşvili - Gürcüstan namizəd statusuna ən çox layiq idi və biz bunun tanınmasını gözləyirik

 
Mənfi qərarın bir çox mənfi nəticələri olacaq, keçən ilki qərar bir çox aspektlərdə düzgün deyildi- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili namizəd statusu ilə bağlı bildirib.

Papuaşvilinin sözlərinə görə, Gürcüstana statusun verilməsinin düzgün olmasının əsas səbəbi bu ölkənin Ukrayna, Moldova, Bosniya-Herseqovina və bir-iki digər namizəd və ya üzv ölkəni qabaqlamasıdır.

“Gürcüstana statusun verilməsinin əsas səbəbi məziyyətdir. Gürcüstan namizəd statusuna ən çox layiqdir və biz bunun tanınmasını gözləyirik”- Papuaşvili bildirib.