Şalva Papuaşvili - Gürcüstan namizəd statusu üçün texniki ilkin şərtləri artıq uzun müddətdir təmin edib, texniki hazırlıq baxımından Gürcüstan üçlükdə liderdir
Şalva Papuaşvili - Gürcüstan namizəd statusu üçün texniki ilkin şərtləri artıq uzun müddətdir təmin edib, texniki hazırlıq baxımından Gürcüstan üçlükdə liderdir

 

Gürcüstan namizəd statusu üçün texniki ilkin şərtləri artıq uzun müddətdir təmin edib- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İspaniyada açıqlama verib.

O, hazırda əsas məsələnin siyasi qərar olduğunu, siyasi qərar üçün isə Gürcüstanın Avropa İttifaqı və onun üzvü olan dövlətləri “müsbət qərar olmalıdır”a inandırmağa ehtiyacının olduğunu bildirib.

“Namizəd statusuna gəlincə, ümumilikdə bu qərarın iki ölçüsü var. Biri ölkənin texniki qiymətləndirilməsi və hazırlıq, ikincisi – siyasi qərardır. Siyasi qərar və onun motivlərinin hər zaman ədalətli olması zəruri deyil, bu səbəbdən də o müxtəlif motivlərə əsaslanan siyasi qərardır. Texniki hazırlığa gəlincə, biz o zaman da deyirdik, indi də hesab edirik və bugünkü perspektivdən daha da aydın oldu ki, əgər üçlükdən Moldova, Ukrayna və Gürcüstandan söhbət gedirsə, obyektiv qiymətləndirmə meyarlarına nəzər salsaq, həm qanunvericilik, həm də institusional və siyasi nöqteyi-nəzərdən fikrimcə Gürcüstanın üçlükdə görkəmli və lider olmadığı barədə mübahisə etmək çətindir. Texniki hazırlıq baxımından Gürcüstan üçlükdə seçilir və liderdir. Bundan irəli gələrək, Gürcüstan namizəd statusu üçün texniki şərtləri artıq uzun müddətdir təmin edib. Hazırda əsas məsələ siyasi qərardır, siyasi qərar üçün isə Gürcüstanın Avropa İttifaqı və onun üzvü olan dövlətləri müsbət qərar olmasına inandırmağa ehtiyacı var.

Təəssüflər olsun ki, bizim fəaliyyətimizə paralel olaraq iqtidarın və müxalifətin müəyyən hissəsini nəzərdə tuturam, müxalifətin radikal hissəsinin bir şəkildə Avropa İttifaqını bizə status verməməyə inandırmağa çalışmaqla məşğul olduğuna şahid oluruq. Bu, ən azı, həmin siyasi qrupların vətənpərvərlikdən tamamilə məhrum olması mənasına gəlir. Onlar üçün ölkə şəklində heç bir dəyər yoxdur və onların siyasi partiya maraqları ölkənin uzunmüddətli maraqlarından daha irəlidə durur”- deyə Şalva Papuaşvili bildirib.