Şalva Papuaşvili - Gürcüstan konstitusiyasının bugünkü nəşri birinci konstitusiyanın ruhuna əsaslanır və Gürcüstanın Avropa dəyərlərinin təməlini təmsil edir
Şalva Papuaşvili - Gürcüstan konstitusiyasının bugünkü nəşri birinci konstitusiyanın ruhuna əsaslanır və Gürcüstanın Avropa dəyərlərinin təməlini təmsil edir

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın birinci konstitusiyasının qəbulu günü münasibətilə vətəndaşları təbrik edir.

Parlament sədrinin yazdığı kimi, 1921-ci ilin fevralın 21-də müstəqil Gürcüstan Demokratik Respublikasının təsisatçı yığıncağı ölkənin birinci konstitusiyasını qəbul edib.

O, konstitusiyanın bugünkü nəşrinin birinci konstitusiyanın ruhuna əsaslandığını və Gürcüstanın Avropa dəyərlərinin təməlini təmsil etdiyini bildirib.

“1921-ci il fevralın 21-də müstəqil Gürcüstan Demokratik Respublikasının təsisatçı yığıncağı ölkənin birinci konstitusiyasını qəbul etdi.

Düzdür, konstitusiya cəmi dörd gün mövcud olsa da, dünya konstitusionalizmi tarixində layiqli yer tutan dövrünün ən mütərəqqi və təkmil hüquqi-siyasi sənədlərindən biri idi.

Gürcüstan konstitusiyasının bugünkü nəşri birinci konstitusiyanın ruhuna əsaslanır və Gürcüstanın Avropa dəyərlərinin təməlini təmsil edir.

Ölkəmizin bütün vətəndaşlarını, dostlarını və pərəstişkarlarını Gürcüstanın müasir tarixində bu ən mühüm tarix münasibətilə təbrik edirəm!”–deyə Şalva Papuaşvili yazır.