Şalva Papuaşvili - Gürcüstan iqtidarına təsir edən yeganə subyektin məhz xalq olması “Gürcü Arzusu” iqtidarının gücüdür
Şalva Papuaşvili - Gürcüstan iqtidarına təsir edən yeganə subyektin məhz xalq olması “Gürcü Arzusu” iqtidarının gücüdür

 
Gürcüstan iqtidarına təsir edən yeganə subyektin məhz xalq olması “Gürcü Arzusu” iqtidarının gücüdür-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlayıb.

Papuaşvili bildirib ki, Gürcüstan hökumətinə təsir etməyə çalışan çoxlu aktorlar var və bu, təkcə Rusiya deyil.

“Biz görürük ki, müxtəlif məsələlərlə bağlı Gürcüstana təsir etmək cəhdi, təzyiqi var, görürsünüz ki, Gürcüstan hökumətinə təsir etmək üçün hətta Saakaşvili mövzusuna nə qədər qruplar müdaxilə edir. Müxtəlif dövrlərdə müxtəlif qruplar və ya dövlətlər Gürcüstana bu cür təsir göstərməyə çalışırlar, lakin Gürcüstan iqtidarına təsir edən yeganə subyektin məhz xalq olması “Gürcü Arzusu” iqtidarının gücüdür. Mən başqa hökumətə söz verə bilmərəm. İnsanlar məhz bunu görür və buna görə də “Gürcü Arzusu” artıq üçüncü dəfədir hakimiyyətdədir”- Papuaşvili bildirib.