Şalva Papuaşvili – Gürcüstan-ABŞ münasibətləri yenidən yüklənmə yolundadır və bu çərçivədə “Trump Tower” layihəsinin həyata keçirilməsi Trampın ölkənin sabit inkişafına olan şəxsi etimadının göstəricisidir
Biz heç kimə hücum etmirik, 14 ildir ki, sülhü qoruyub saxlamışıq, bizim tənqidimiz hər zaman Gürcüstana və gürcü xalqına qarşı yönələn hücumlara bir cavabdır, biz və gürcü xalqı, Gürcüstanın milli maraqlarına toxunan istənilən dövlətə və ya siyasətə yönəlik tənqidi yanaşmaq hüququmuzu özümüzdə saxlayırıq”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin sözlərinə görə, əgər kimsə öz rahatlığı naminə Gürcüstan hakimiyyətini və gürcü xalqını susdurmaq istəyirsə, buna nail olmağın yeganə yolu gürcü xalqına hücum etməkdən çəkinməkdir.
“Amerka ilə münasibətlərə gəlincə, son ayların dinamikası göstərir ki, bu əlaqələr yenidən yüklənmə yolundadır və biz iki ölkə arasında mövcud olan dinamikadan məmnunuq. Xüsusilə, ölkəmizə qarşı çox müsbət yanaşan yeni müvəqqəti işlər vəkili təyin edilib, xarici işlər nazirlikləri arasında əlaqələr mövcuddur, o cümlədən Gürcüstanda “Trump Tower” layihəsinin icrasına başlanılıb ki, bu da Trampın Gürcüstanın sabit inkişafına olan şəxsi etimadının göstəricisidir. Bütün bunlar bizə bu münasibətlərdə düzgün dinamikanın olduğunu göstərir. Biz öz meyarımızı, yəni bu əlaqələrin bizim təsəvvürlərimizə tam cavab verdiyini nə vaxt deyə biləcəyimizi bəyan etmişik. Yeni strateji tərəfdaşlığın qurulması məmnun olduğumuzu deyəcəyimiz bir məyardır”, – Papuaşvili bildirib.