Şalva Papuaşvili - Gürcü xalqı prezidentdən məsuliyyətli davranış və qərarlar qəbul etməyi gözləyir, ümid etmək istərdim ki, Gürcüstan Prezidenti bu gözləntiyə cavab verəcək
Gürcü xalqı prezidentdən məsuliyyətli davranış və qərarlar qəbul etməyi gözləyir, ümid etmək istərdim ki, Gürcüstan Prezidenti bu gözləntiyə cavab verəcək – bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Bu və ya digər dövlət qurumunun malik olduğu səlahiyyətlər yerinə yetirilməlidir. MSK və Milli Bank məsələsində namizədlərin irəli sürülməsində ləngimənin olması gürcü xalqının bununla bağlı gözləntilərinin özünü doğrultmadığını göstərir. Gürcü xalqı prezidentdən məsuliyyətli davranış və səlahiyyətlərinə daxil olan qərarlar qəbul etməsini gözləyir. Ümid etmək istəyirəm ki, Gürcüstan Prezidenti gürcü xalqının bu gözləntisinə cavab verəcək”- Şalva Papuaşvili bildirib.