Şalva Papuaşvili - gürcü xalqı Gürcüstanın institusional inkişaf baxımından regionda lider olduğunu sübut etdi, bu və ya digər ölkənin inkişafı heç bir ölkənin işi deyil, bunu xalq müəyyən edir
Şalva Papuaşvili - gürcü xalqı Gürcüstanın institusional inkişaf baxımından regionda lider olduğunu sübut etdi, bu və ya digər ölkənin inkişafı heç bir ölkənin işi deyil, bunu xalq müəyyən edir

 

Bu və ya digər ölkənin inkişafı heç bir ölkənin işi deyil, ölkəmizin istiqamətini gürcü xalqı müəyyən edir -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna xarici işlər naziri Dmitro Kulebanın bəyanatını dəyərləndirərkən qeyd edib.

Jurnalistlər Papuaşviliyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin “Pormula” telekanalına verdiyi açıqlama- “Gürcüstan dövləti düzgün inkişaf etmir, halbuki dövləti seçmək gürcü xalqının verəcəyi qərardır” ilə bağlı sual veriblər.

“Hər bir ölkənin istiqamətini xalqı müəyyən edir. Məncə, onun cümləsinin ikinci hissəsi vacibdir. Bu və ya digər ölkənin inkişafı heç bir ölkənin işi deyil. Əsas olan budur. Gürcü xalqı ölkəmizin istiqamətini müəyyən edir və hesab edirəm ki, istər institutun inkişafı, istərsə də müxtəlif istiqamətlər, o cümlədən demokratiya baxımından xüsusilə son on il ölkəmizin tərəqqisini göstərib”- deyə Papuaşvili açıqlayıb.

Kulebanın bəyanatının Ukraynanın müharibədə qalib gəlməsinin Gürcüstanın güclü tərəfdaşını itirməsinə səbəb olması mənasına mı gəlir deyə ünvanlanmış suala Papuaşvili cavabında Gürcüstanın hamını bərabərhüquqlu tərəfdaş olaraq gördüyünü deyib.

“Biz hamını bərabərhüquqlu tərəfdaş hesab edirik. Bilmirəm, kimsə özünü dartıcı qüvvə olaraq mı görür? Biz hamını bərabərhüquqlu tərəfdaş hesab edirik və indiyə qədər də belə olub. Bu münasibətimiz, qardaşlığımız, dostluğumuz bərabər olmağımız demək idi. Düşünmürəm ki, kimsə özünü dartıcı və ya çəkilməyə ehtiyacı olan biri hesab edir. Gürcü xalqı nəinki bu gün, dünən, keçən il və son illərdə, hətta Sovet İttifaqının son dəqiqələrində bir şeyi sübut etdi ki, regionda islahatlar və institusional inkişaf baxımından irəlidə olan biri varsa, o da Gürcüstandır. O cümlədən bir çox sahələrdə Ukrayna ilə müqayisədə də “- deyə Şalva Papuaşvili açıqlayıb.