Şalva Papuaşvili - "Gürcü Arzusu"nun seçkilərdə qələbəsi heç kəsdə şübhə yaratmır, gürcü xalqı Mixeil Saakaşvili rejiminin yenidən qurulmasına imkan verməyəcəyi ilə bağlı səsini bütün radikallara duyuracaq
“Gürcü Arzusu”nun seçkilərdə qələbəsi heç kəsdə şübhə yaratmır- bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
O bildirib ki, gürcü xalqı Mixeil Saakaşvili rejiminin yenidən qurulmasına imkan verməyəcəyi ilə bağlı səsini bütün radikallara duyuracaq.
“İstənilən sorğu “Gürcü Arzusu”nun və “Vahid Milli Hərəkat”ın bütün bölmələri ilə harada olduğunu göstərir. Bu göstərici 100 səsdən yox, 113 səsdən bəhs etdiyimizi deməyə haqq qazandırır. Konstitusiya çoxluğu məhz 113 mandatdır. “Gürcü Arzusu”nun seçkilərdə qələbə çalması heç kimdə şübhə doğurmur. İnandırıcı qələbə ilə yanaşı, gürcü xalqı hamıya, daxildə və xaricdə olan bütün radikallara Mixeil Saakaşvili rejiminin yenidən qurulmasına imkan verməyəcəyi ilə bağlı səsini duyuracaq. Bu səbəbdən gürcü xalqını səfərbər etmək və konstitusiya çoxluğunu “Gürcü Arzusuna” vermək vacibdir” – Papuaşvili açıqlayıb.
Papuaşvilinin qeyd etdiyi kimi, “Gürcü Arzusu” konstitusiya çoxluğu əldə etməlidir ki, hamı gürcü xalqının aydın seçimini görsün.
“Artıq doqquzuncu və ya onuncu seçkilər keçirilir və müxalifət hər dəfəsində deyirdi ki, qalib gəlir, amma axırda gürcü xalqı onlara öz yerini göstərirdi. Gürcü xalqının harada dayandığı bir daha görünəcək. Gürcü xalqı bu parlament seçkilərində deməlidir ki, onlar üçün bu ölkədə müharibə yox, sülhün olması, iqtisadi fəlakət deyil, iqtisadi tərəqqinin olması vacibdir. Gürcüstanda müxalifətə səs vermək müharibədir. Bu səbəbdən “Gürcü Arzusu” konstitusiya çoxluğu əldə etməlidir ki, ölkə daxilində və xaricində hamı gürcü xalqının aydın seçimini görsün” – Papuaşvili qeyd edib.