Şalva Papuaşvili - “Gürcü arzusu”nun qələbəsi qaçılmazdır, müxalifətin komanda şəklində və ya ayrı-ayrılıqda məğlub olmasının əhəmiyyəti yoxdur, bu, bizim üçün sadəcə aritmetikadır
“Gürcü arzusu”nun qələbəsi qaçılmazdır, müxalifətin komanda şəklində və ya ayrı-ayrılıqda məğlub olmasının fərqi yoxdur, bu, bizim üçün sadəcə aritmetikadır”, – parlamentin sədri Şalva Papuaşvili bildirib.
Jurnalistlər Papuaşvilidən seçkilər öncəsi hansı birləşmələri gözlədiklərini soruşublar.
“Bu ilkin şərtləri nəzərə alsaq, gördüklərimiz artıq əhəmiyyət kəsb etmir, bunlar ümumilikdə, bəzi mövqeli qruplaşmalardır. Əslində, bu, bir qrupdur, uzun müddətdir yavaş-yavaş dağılan anti-Gürcü cəbhəsidir. Bu gün buna kilsə əleyhinə tonlar da əlavə olunub və sonda kimin hansı tərəfdə olacağı, neçə qrup meydana çıxacağı önəmli deyil. Bu bir mövqe və bir fəlsəfədir. Hansı ki, gürcülərə məsus hər şeyə, gürcü dövlətinə, gürcü dövlət qurumlarına, gürcü kilsəsinə, tarixinə qarşı mübarizə aparır; Bizim adət-ənənəmizə, dövlətçiliyimizə, gürcü demokratiyasına aid olan hər şeyə. Müxalifət bütün bunlarla mübarizə aparır.
“Gürcü arzusu”nun qələbəsi qaçılmazdır. Birlikdə və ya ayrı-ayrılıqda məğlub olmaq istəyirlər, bu, artıq müxalifətin seçimidir. Fərqi yoxdur, bu, bizim üçün sadəcə aritmetikadır. “Gürcü arzusu” qalib gələcək. Bu, müxalifətin seçimidir, istər bir komanda, istərsə də müxtəlif qruplar şəklində məğlub olsunlar”, – Papuaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev