Şalva Papuaşvili - gənclər sülhün qurulmasında xüsusi rola malikdirlər, onlar etimadın bərpasına töhfə verə bilərlər
Gənclər sülhün qurulmasında xüsusi rola malikdirlər, onlar etimadın bərpasına və müxtəlif sülh təşəbbüslərinin həyata keçirilməsinə töhfə verə bilərlər, sülhsevər gələcəyin və firavanlığın təmin edilməsinə birgə töhfə verə bilərlər-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gənclər sülh quruculuğunda” tədbirində çıxışı zamanı bildirib.
Şalva Papuaşvili regiondakı mövcud vəziyyətdən danışıb və bu kontekstdə gənclərin sülh prosesində iştirakının vacibliyinə diqqət çəkib.
“Hazırki kövrək və çətin geosiyasi vəziyyətdə sülhün zəruriliyini və əhəmiyyətini xüsusilə hiss edirik. Bu gün bir çox gənc silahlı münaqişələrin ağır nəticələrini yaşayır. Rusiyanın Ukraynaya təcavüzü, Ermənistanla Azərbaycan arasında gərginlik, geniş regionun hərbi münaqişələri ölkələrin və regionun inkişafına, gənclərin dinc gələcəyinə böyük təhlükə yaradır. Gürcüstan son 30 ildə çoxlu müharibələrdən keçib, bundan irəli gələrək sülhün qiymətini yaxşı bilirik. Gürcüstanın iki bölgəsinin işğalı və ilhaqı istiqamətində atılan addımlar ölkəmiz və əhalimizə hər gün ağır nəticələr gətirir. Biz hökumətin münaqişədən zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və onlara gələcək üçün daha yaxşı perspektivlər təqdim etmək səylərini alqışlayırıq. Münaqişənin sülh yolu ilə həlli bizim üçün mühüm prioritetdir. Gənclər sülhün qurulmasında xüsusi rola malikdirlər, onlar etimadın bərpasına və müxtəlif sülh təşəbbüslərinin həyata keçirilməsinə töhfə verə bilərlər, sülhsevər gələcəyin və firavanlığın təmin edilməsinə birgə töhfə verə bilərlər” – deyə Gürcüstan parlamentinin sədri bildirib.
Şalva Papuaşvili gənclərə göstərdikləri səylərə görə təşəkkür edib.
” Sülh quruculuğuna verdiyi töhfələrə görə gənclər üçün sülh mükafatının təsis edildiyindən dolayı şadam. Mən sizə göstərdiyiniz səylərə görə təşəkkür edirəm və eyni ruhda layiqli fəaliyyətinizi davam etdirməyinizi xahiş edirəm. Siz ölkəmizin böyük ümidisiniz. Sizin fəal iştirakınızla biz Gürcüstanı birləşdirə və dinc gələcəyi təmin edə biləcəyik” – deyə parlamentin sədri bildirib.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin ofisinin təşkilatçılığı ilə Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.