Şalva Papuaşvili - qarşıdan gələn seçkilər müxalifət tərəfindən məzmundan kənar olacaq, müxalifətin aqressiv, ekstremist olacağı gözlənilir, buna sakitlik, düşünülmüş siyasətlə qarşı qoymalıyıq
Düşünürəm ki, hamı görür ki, müxalifət məhv olub, onların siyasi gündəliyi göstərir ki, onlar heç bir yeni təklif irəli sürə bilmirlər”, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin qeyd etdiyinə görə, müxalifətin aqressiv, radikal və ekstremist olacağı gözlənilir, onun fikrincə, buna sakitlik və düşünülmüş siyasətlə qarşı çıxmaq lazımdır.
“İllərdir bir və ya iki mövzuda qapalı qaldıqları və bu iki mövzu ətrafında fırlandıqları o qapalı dairədən çıxa bilmirlər. Bəzən Rusiya deyirlər, Rusiya, Saakaşvili onların məsələsidir. Oktyabrda keçiriləcək seçkilərdə, təəssüf ki, müxalifətin məzmundan kənar qalacağı görünür ki, bu da digər tərəfdən təhlükə yaradır. Müxalifət zəif olanda, zəifliyi üzündən küncə sıxışanda və mövzusuz qaldıqda radikal yol seçmək riski yüksək olur. Biz bunu son iki il yarımdır görürük, ona görə də gözlənti ondan ibarətdir ki, müxalifət aqressiv, radikal, ekstremist olacaq, biz buna sakit, düşünülmüş, xalqımızın və ölkənin maraqlarına əsaslanan siyasətlə qarşı çıxmalıyıq”, – Papuaşvili bildirib.
Onun sözlərinə görə, müxalifətdə ideya və insan resursları böhranı var.
“Harada əgər böhran varsa, bu, ilk növbədə Gürcüstan müxalifətindədir. İdeya böhranı, kadr böhranı və müxalifətdəki ən mühüm böhran odur ki, onlar gürcü maraqlarının keşiyində dayanmır, başqa ölkələrin siyasi qruplarının maraqlarına xidmət edir. Onlar sonda birləşmiş qüvvələrlə məğlub olacaqlar”, – deyə parlament sədri bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev