Şalva Papuaşvili - "Fraser" İnstitutunun Dünya İqtisadi Azadlıq Hesabatına görə, Gürcüstan NATO üzvü olan 19, Avropa İttifaqının 16 dövləti və Avropa İİttifaqına namizəd olan bütün ölkələri qabaqlayır
2023-cü il Dünya İqtisadi Azadlıq Hesabatına əsasən, Gürcüstan iki pillə irəliləyərək Avropada 15-ci, dünyada isə 25-ci yerdədir, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvilinin sözlərinə görə, Gürcüstan NATO-nun 19 üzvü, 16 Avropa İttifaqı dövləti və Avropa ittifaqına namizəd olan bütün ölkələri qabaqlayır.
“Gürcüstanın daha bir mühüm uğuru subyektiv qavrayışlarda deyil, obyektiv faktlarda.
“Fraser” İnstitutunun 2023-cü il Dünya İqtisadi Azadlıq Hesabatına əsasən, Gürcüstan iki pillə irəliləyərək Avropada 15-ci, dünyada isə 25-ci yerdə qərarlaşıb.
Beləliklə, biz 19 NATO üzvü, 16 Avropa İttifaqı dövləti və Avropa İttifaqına namizəd olan bütün ölkələri qabaqlayırıq.
“Qərəzsiz məhkəmə” kateqoriyasında dörd Avropa İttifaqı üzvü və bütün namizəd ölkələri qabaqlamağımız vacib məsələdir. Bu, bizim namizəd statusumuzun belə olmadığı şəraitdə baş verir”, – Şalva Papuaşvili yazıb.
Müəllif -
Mehemmed Bayramaliyev