Şalva Papuaşvili Fransada IFRI Elmi Tədqiqat İnstitutunun direktoru Toma Qomar ilə görüşüb
Şalva Papuaşvili Fransada IFRI Elmi Tədqiqat İnstitutunun direktoru Toma Qomar ilə görüşüb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın IFRI Elmi Tədqiqat İnstitutunun direktoru Toma Qomar ilə görüşüb.

Söhbətin əsas mövzusu 12 tövsiyənin icrası prosesi və tövsiyələrin icrasında parlamentin rolu barədə olub.

Gürcüstan parlamentinin sədri Gürcüstanın Şimali Atlantika Alyansına qoşulmaq istəyini vurğuladı və qeyd etdi ki, Gürcüstanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.

Tərəflər həmçinin regionda təhlükəsizliklə bağlı məsələləri və çağırışları, bu məqsədlə regionda sülhün və sabitliyin təmin edilməsi məqsədilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini müzakirə ediblər ki, bu da təkcə Qafqaz regionu üçün deyil, həm də Avropa ölkələrinin təhlükəsizlik arxitekturası üçün mühüm əhəmiyyət kəsb edir.

Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.