Şalva Papuaşvili Fransa Senatının sabiq üzvləri ilə görüşüb
Şalva Papuaşvili Fransa Senatının sabiq üzvləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Respublikası Senatının sabiq üzvləri, Fransanın “Kakheti-İoni” tibb mərkəzinin nümayəndələri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata əsasən, Fransa tərəfi Gürcüstanda hazırkı fəaliyyətindən danışıb, belə ki Kaxeti regionunda onların açdıqları çoxprofilli tibb mərkəzi fəaliyyət göstərir.

“Şalva Papuaşvili Gürcüstanla aktiv əməkdaşlığa və dostluğa görə Fransa tərəfinə minnətdarlığını bildirib. Tərəflər Rusiyanın Ukraynadakı müharibəsindən danışıb və Rusiyanın təcavüzkar siyasətini dayandırmaq üçün beynəlxalq ictimaiyyətin birliyinin vacibliyini vurğulayıblar. Fransa tərəfi Gürcüstana Avropa İttifaqına daxil olmaq yolunda uğurlar arzulayıb” -deyə parlamentin məlumatında deyilir.