Şalva Papuaşvili fraksiyalar və siyasi qrupların yanvarın 5-i də daxil olmaqla Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərlə müsahibə aparmaq imkanının olduğunu bildirir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili fraksiyalar və siyasi qrupların yanvarın 5-i də daxil olmaqla Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərlə müsahibə aparmaq imkanının olduğunu bildirir.
O, büro iclasından sonra bu məsələ ilə bağlı sessiyaya qədər bir daha məsləhətləşmələr aparıldığını və dinləmələr üçün son tarixin yanvarın 5-nə təyin edildiyini açıqlayıb.
“Fraksiyalar tərəfindən Ədliyyə Şurasının üzvlüyünə namizədlərin dinlənilməsi ilə bağlı növbəti dəfə məsləhətləşmələr apardıq. Bu halda Gürcüstan Parlamentinin Reqlamentinin 208-ci maddəsinin onuncu bəndinin “a” yarımbəndindən istifadə edilir. Yanvarın 5-i son tarixdir. Yanvarın 5-i də daxil olmaqla fraksiyaların Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərlə müsahibə aparmaq imkanı var”-deyə Şalva Papuaşvili açıqlayıb.