Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Finlandiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen ilə görüşüb.
Tərəflər Gürcüstan və Finlandiyada gedən siyasi proseslərlə bağlı məlumat mübadiləsi aparıblar.
Görüşdə Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesinə, konkret olaraq Avropa İttifaqının 12 tövsiyəsinin icrası ilə bağlı irəliləyişlərə və gözləntilərə diqqət yetirilib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin Gürcüstana səfərinin əhəmiyyəti və nəticələri vurğulanıb.
Tərəflər həmçinin, parlamentlərarası əlaqələrin inkişafından da danışıb və bu istiqamətdə gələcək addımlar barədə razılığa gəliblər.