Şalva Papuaşvili Fici, Seyşel adaları, Tanzaniya və Qayana parlamentlərinin sədrləri ilə görüşüb
Şalva Papuaşvili Fici, Seyşel adaları, Tanzaniya və Qayana parlamentlərinin sədrləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fici, Seyşel, Tanzaniya və Qayana parlamentlərinin sədrləri ilə görüşüb.

Görüşlərdə Gürcüstanın işğal olunmuş bölgələrinə və tanınmama siyasətinə xüsusi diqqət yetirilib. Parlamentin sədri rus işğalı və onun mənfi nəticələri barədə tərəflərə ətraflı məlumat verib. O, həmçinin işğal olunmuş bölgələrin tanınmaması siyasətinin vacibliyini vurğulayıb. Fici, Seyşel, Qayana və Tanzaniya parlamentlərinin sədrləri Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bildiriblər və bütün dövlətlərin beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət etməli olduqlarını açıqlayıblar.

Bununla yanaşı, tərəflər ticarət-iqtisadiyyat, təhsil, xalqlar arasında əlaqələr, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi sahələrində sektoral əməkdaşlıqdan danışıblar.

Parlamentlərarası, o cümlədən dostluq qrupları və sahə komitələri səviyyəsində əməkdaşlıq barədə razılığa gəliblər. Həmçinin, ölkələr arasında hüquqi bazanın təkmilləşdirilməsinin zərurətinə diqqət çəkilib.

Bundan əlavə, görüşlərdə regional və beynəlxalq çağırışlar, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü, onların sosial-iqtisadi və geosiyasi nəticələrinə ətraflı nəzər salınıb.

Görüşlər Parlamentlərarası İttifaqın Ruandada keçirilən 145-ci Assambleyası çərçivəsində keçirilib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.