Şalva Papuaşvili - əsas məqsəd müharibəyə yol verməməkdir, qətnamənin məzmunu məhz ondan ibarət idi ki, biz Ukraynada yeni müharibənin qarşısını almaq üçün hər cür çalışmalıyıq
Əsas məqsəd müharibəyə yol verməməkdir, hər cür şalışmalıyıq ki, Ukraynada yeni müharibənin qarşısını alaq, – Bu barədə Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili bəyan etdi.
Onun sözlərinə görə, Gürcüstan Parlamenti Ukraynanı dəstəkləyən qətnamə qəbul edən ikinci Parlament idi.
“Təəssüf ki, müxalifətin bir hissəsi Ukraynanı dəstəkləyən qətnamənin lehinə səs vermədi, bu təəssüf edicidir. Biz bu dəstəyə görə Ukraynalı həmkarlarımızdan təşəkkür dinlədik. Ukraynanın indiki vəziyyətini yəqin ki, Gürcüstan çox yaxşı başa düşür. Məhz elə buna görə, xüsusilə qeyd edirik ki, əsas məqsəd müharibəyə yol verməməkdir, qətnamənin məzmunu məhz ondan ibarət idi ki, biz Ukraynada yeni müharibənin qarşısını almaq üçün hər cür çalışmalıyıq, çünki bu o cümlədən, Gürcüstanın təhlükəsizliyi məsələsi ilə da bağlıdır. Buna görə də, biz Ukrayna xalqına, Ukraynada yeni müharibənin qarşısını almaq üçün çox aydın həmrəylik və dəstək ifadə edirik”, – Papuaşvili bəyan etdi.