Şalva Papuaşvili - Ermənistan və Azərbaycanın Gürcüstana tam etimadı var, bu, ölkənin illərdir qonşularına münasibətdə yürütdüyü siyasətdən irəli gəlir
Şalva Papuaşvili - Ermənistan və Azərbaycanın Gürcüstana tam etimadı var, bu, ölkənin illərdir qonşularına münasibətdə yürütdüyü siyasətdən irəli gəlir

 

Gürcüstan az qalsın həm Ermənistanın, həm də Azərbaycanın tam etimad göstərdiyi yeganə ölkədir-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlama verib.

Onun təbirincə, belə münasibət Gürcüstanın qonşularına münasibətdə yürütdüyü siyasətdən irəli gəlir.

“Bizim özəlliyimiz Gürcüstanın illərdir qonşularına münasibətdə yürütdüyü siyasətdən irəli gəlir. Bu etimad Ermənistan və Azərbaycandakı dostlarımıza ümumi regional etimadın formalaşması üçün təklif etdiyimiz şeydir. Bunun Gürcüstanın Baş nazirinin iştirakı ilə hərbi əsirlərin mina xəritələriylə dəyişdirilməsi ilə bağlı saziş də daxil olmaqla yaxşı təcrübəsi də mövcuddur. Bu yaxşı təcrübədən istifadə ediləsidir, o cümlədən xarici həmkarlarımıza hər zaman Gürcüstandan vasitəçi kimi istifadə etməyi təklif edirik. Bu rolu səmərəli şəkildə yerinə yetirmək üçün bizə başqa ölkələrdən dəstək lazımdır. Yüksək səviyyəli səfərlərin dinamikasının olduqca artması tendensiyası onu göstərir ki, strateji tərəfdaşlığımız təkcə kağız üzərində deyil, əksinə hər gün üzərində işlədiyimiz şeydir. Hakimiyyətlər arasında xüsusi əlaqələr xüsusi nailiyyətdir” – Şalva Papuaşvili bildirib.