Şalva Papuaşvili - əhalimizin "Avropa Lissabondan Tbilisiyə qədər bir məkan olmalıdır"-deyə Olaf Şoltsdan eşitdiklərinin ruhu Bundestaqda hiss olunurdu
Bundestaqdakı görüşlərdə əhalimizin “Avropa Lissabondan Tbilisiyə qədər bir məkan olmalıdır”-deyə Almaniya kansleri Olaf Şoltsdan eşitdiklərinin ruhu hiss olunurdu- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvili Bundestaqın bütün fraksiyalarında Gürcüstanın Avropanın bir hissəsi olması ilə bağlı eyni yanaşmanın olduğunu söyləyib.
Şalva Papuaşvili Gürcüstan hakimiyyətinin 12 tövsiyə üzrə işi tez bir zamanda başa çatdırmaq üçün hər şeyi edəcəyini açıqlayıb.
“Bu gün nümayəndə heyətimiz Bundestaqın prezidenti Berbel Bas, eləcə də Avropa məsələləri, hüquq və müdafiə komitələrinin sədrləri ilə görüşlər keçirib. Bütün bu görüşlərdə əhalimizin “Avropa Lissabondan Tbilisiyə qədər bir məkan olmalıdır”-deyə bu yaxınlarda Almaniya kansleri Olaf Şoltsdan eşitdiklərinin ruhu hiss olunurdu.
Bundestaqın bütün nümayəndələri, o cümlədən bütün fraksiyalar Gürcüstanın Avropanın bir hissəsi olduğuna eyni münasibət bəsləyirlər, buna görə də Gürcüstanın Avropa İttifaqına daxil olması mütləq reallaşacaq qərardır. Bu baxımdan gələn il namizəd statusu ilə bağlı qərarın qəbulu zamanı güclü siyasi qərarın olmasının önəmi barədə söhbətimiz oldu, çünki Gürcüstan texniki parametrlərlə bağlı meyarlara və status üçün lazım olan müxtəlif meyarlara cavab verir. Üzərində iş aparılan daha 12 tövsiyəmiz var. Biz öz növbəmizdə gözləntinin olması, Aİ-nin bizim işimizi qiymətləndirməsi və müvafiq qərar verməsi üçün işi mümkün qədər tez başa çatdırmaq məqsədilə hər şeyi edəcəyik ” – deyə nümayəndə heyəti ilə Almaniyanın paytaxtında olan Şalva Papuaşvili açıqlayıb.
Parlamentin sədri ilə birlikdə nümayəndə heyətinin tərkibinə Nikoloz Samxaradze, Anri Oxanaşvili, Levan Kobiaşvili, Nino İobaşvili, İrakli Şatakişvili və Xatuna Samnidze daxildir.