Şalva Papuaşvili - DTX amerikalı tərəfdaşlara Otar Partsxaladzeyə sanksiyanın tətbiqi üçün əsas olan sübutları verməyə dair müraciət edir
Dövlət Təhlükəsizliyi Xidməti Otar Partsxaladzeyə qarşı saksiya tətbiqi ilə bağlı işi araşdırmağa başlayıb-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili danışıb .
Papuaşvili bildirib ki, DTX amerikalı tərəfdaşlara Otar Partsxaladzeyə sanksiyanın tətbiqi üçün əsas olan sübutları verməyə dair müraciət edir.
“DTX, o cümlədən ictimai şəkildə işi araşdırmağa başladığını açıqladı. Bu, şübhəsiz ki, eşitdiyimiz ağır ittihamdır. Digər tərəfdən, bu, bu tip sanksiya tətbiq olunan ilk Gürcüstan vətəndaşıdır. Buna görə də DTX bu məsələ üzərində işləyir, o cümlədən amerikalı tərəfdaşlara bu qərarın əsasını təşkil edən sübutları təqdim etməyə dair çağırış edir. İctimaiyyətin bu proseslə bağlı tam məlumatlandırılacağını dedik.
Hətta, Otar Partsxaladzenin son on ildir siyasət və dövlət işi ilə heç bir aidiyyatı olmadığı, onun fərdi şəxs olduğu deyildi” – Şalva Papuaşvili bildirib.