Şalva Papuaşvili - dövlət institutlarını gözdən salmaq üçün atılan istənilən addım, Gürcüstanın Avropa gələcəyini gözdən salmağa yönəlib
Dövlət institutlarına hücum, Gürcüstanın Avropa gələcəyinə hücumdur – bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib. O, “Droa”nın lideri Elene Xoştariyanın bu gün keçirdiyi mətbuat konfransında, ədliyyə sistemində çalışan şəxslərə sanksiya tətbiq edilməsi tələbini şərh edib.
“Müxalifətin Gürcüstanın namizəd statusu əldə etməməsi üçün hər şeyi etdiyini deyəndə biz məhz belə addımlardan danışırıq, çünki dövlət institutlarını gözdən salmağa yönəlmiş istənilən addım, Gürcüstanın Avropa gələcəyini gözdən salmağa yönəlmiş addımdır. Dövlət institutlarına qarşı bu cür istənilən münasibət və ya hücum Gürcüstanın Avropa gələcəyinə hücumdur” – deyə Şalva Papuaşvili bildirib.