Şalva Papuaşvili - Donorların möhkəm divarları ilə qarşı-qarşıya qalırıq, maliyyələşmələrini ictimailəşdirmək üçün bir neçə dəfə onlara çağırış etməyimə baxmayaraq, bir neçə təşkilat xərclərini gizlədir
Təəssüflər olsun ki, donorların möhkəm divarları ilə qarşı-qarşıya qalırıq, Gürcüstanda maliyyələşmələrini ictimailəşdirmək üçün bir neçə dəfə onlara çağırış etməyimə baxmayaraq, bir neçə donor təşkilat Gürcüstanda vəsaiti nəyə xərclədiyini gizlədir-bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvili, gizlədilən bir şeyin arxasında heç bir xeyirxah əməl olmadığını deyir.
“Son vaxtlar siyasi partiyaların saxta “QHT”lər təsis etməklə xaricdən maliyyələşmə aldıqları barədə etiraflarına şahid olduq. Gürcüstanda öz xərclərini gizlədən fondların olması ilə bağlı etirafa şahid olduq. Biz bu gün bu vəziyyətdəyik. Təəssüflər olsun ki, donorların möhkəm divarları ilə qarşı-qarşıya qalırıq. Mən bir neçə dəfə həm açıq, həm də şəxsi görüşlər zamanı Gürcüstanda maliyyələşmələrini ictimailəşdirmək üçün onlara çağırış etməyimə baxmayaraq, təəssüf ki, bir neçə donor təşkilat Gürcüstanda vəsaiti nəyə xərclədiyini hələ də gizlədir. Xeyirxah əməli gizlətməyə ehtiyac yoxdur, gizlədilən bir şeyin arxasında heç bir xeyirxah əməl yoxdur. Biz bəzi təşkilatların, məsələn, “Avropa Demokratiya Fondu”nun qanunu və asayişi pozan insanların cərimələrinin ödənilməsini maliyyələşdirdiyinin şahidi olmuşuq. Bəzi donor təşkilatların gizli şəkildə siyasi partiyaları maliyyələşdirdiyini, zorakılıqla xarakterizə olunan radikal təşkilatları maliyyələşdirdiyini gördük. Belə ki, bu faktlar bizə təsadüfən məlum olur. Mən bir daha bütün donorları və səfirlikləri maliyyələşdirmələrini ictimailəşdirməyə çağırıram, çünki başqa ölkədə gizlicə, xüsusi xidmət orqanlarının metodlarından istifadə etməklə yeraltı fəaliyyətlərin maliyyələşdirilməsi rus üslubudur” – Papuaşvili açıqlayıb.