Şalva Papuaşvili - donorların məsuliyyəti öz "qeyri-hökümət təşkilatlarına" aksiyanı zorakılıq formasına çevirməmək barədə ciddi göstəriş verməkdir
Parlamentin yaxınlığında keçirilən aksiyaların, son olaraq radikal qrupların çağırışlarından sonra zorakı xarakter aldığını gördük. Əgər kimsə etiraz etmək və ya aksiyada iştirak etmək istəyirsə, dinc şəkildə etiraz Gürcüstan Konstitusiyası ilə qorunur, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, zorakı aksiyaya icazə verilmir.
“Xüsusilə siyasi partiyalarla aksiyaların həmtəşkilatçısı olan “qeyri-hökumət təşkilatlarını” maliyyələşdirən donor təşkilatlara müraciət etmək istərdim və təəssüf ki, onların çağırışlarına görə bu aksiyalar zorakılığa çevrilir. Ona görə də donorların məsuliyyəti öz “qeyri-hökumət təşkilatlarına” aksiyanı zorakılıq formasına çevirməmək barədə sərt göstəriş verməkdir”, – Papuaşvili bildirdi.