Şalva Papuaşvili - dırnaq arası tədqiqatların dərc edilməsi destruktivlik və radikallığı dərinləşdirməkdən başqa insanlara heç bir fayda vermir, tədqiqatların onlarda alınmadığını və vaz keçməli olduqlarını başa düşməlidirlər
Şalva Papuaşvili - dırnaq arası tədqiqatların dərc edilməsi destruktivlik və radikallığı dərinləşdirməkdən başqa insanlara heç bir fayda vermir, tədqiqatların onlarda alınmadığını və vaz keçməli olduqlarını başa düşməlidirlər

 

IRI və NDI tərəfindən bu rəqəmlərin bir neçə aydan bir belə inadla dərc edilməsinin məqsədinin nə olduğunu ümumiyyətlə başa düşə bilmirəm. Reallıqla ziddiyyət təşkil etdiyinə görə hər iki tədqiqat uzun müddətdir ki, gürcü cəmiyyətində nüfuzdan düşüb-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Papuaşvili dərc olunan rəqəmlərin həqiqətə uyğun olmadığının dəfələrlə sübut edildiyini bildirib.

“Bu rəqəmlərin niyə inadla dərc edildiyini başa düşmürəm. Bu məsələdə məni daha çox ikinci məqam narahat edir – bu rəqəmlərin dərc edilməsinə və tədqiqatların aparılmasına sonradan gürcü xalqı üçün istifadə olunduğu deyilən pul xərclənir. Biz dırnaq arası tədqiqatların dərc edilməsinin destruktivlik və radikallığı dərinləşdirməkdən başqa gürcü xalqına heç bir fayda vermədiyini görürük. Bundan irəli gələrək, vəsaitin gürcü xalqı üçün xərcləndiyi deyiləndə təəccüblənirəm. İkinci tərəfdən, biz hamımız bu vəsaitin radikalizmi oyatmağa xidmət etdiyini görürük və buna əminik “- deyə Şalva Papuaşvili qeyd edib.

Papuaşvili, dərc olunan rəqəmlərə heç bir önəm vermədiyini və sözü gedən tədqiqata hamının etimadsızlıq göstərdiyini açıqlayır.

“Belə bir tövsiyəm olacaqdı, məncə, tədqiqatların onlarda alınmadığını və sonda, vaz keçməli olduqlarını başa düşməlidirlər. Ümumiyyətlə, dərc olunan rəqəmlərə heç bir önəm vermirəm. Müxalifət, əksəriyyəti, gürcü cəmiyyəti hamı bu tədqiqata etimad göstərmir və inadla bu rəqəmlər dərc edilir, bunun nəticəsi isə sonda iğtişaş və destruktivliyə təkan verməkdir. Bir neçə aydan bir bu qədər inadla, hər dəfəsində nəyinki bizim təhlilimizə və ya təsəvvürümüzə görə səhv olan, hətta faktlarla səhv olduğu təsdiqlənmiş rəqəmləri dərc etməyin səbəbi nədir? Bir sıra seçki təsdiqlədi ki, bir neçə həftə əvvəl dərc olunan rəqəmlər reallıqdan tamamilə uzaqdır. Bu səbəbdən, mən bu rəqəmlərin təhlilinə belə daxil olmuram, çünki həyat bu rəqəmlərin düzgün olmadığını sübut etdi ” – deyə Şalva Papuaşvili bildirib.

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) dünən ictimai rəy sorğusunun nəticələrini dərc edib.