Şalva Papuaşvili - dırnaq arası dinləmə qanuni ilə bağlı sıfır hüquqi problemin olması ilə hamı razılaşır, hər hansı hüquqi standartın pozulması ilə bağlı heç kimin iradı yoxdur, eşitdiyimiz eyni ritorika qalmaqdadır
Şalva Papuaşvili - dırnaq arası dinləmə qanuni ilə bağlı sıfır hüquqi problemin olması ilə hamı razılaşır, hər hansı hüquqi standartın pozulması ilə bağlı heç kimin iradı yoxdur, eşitdiyimiz eyni ritorika qalmaqdadır

 
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili dırnaq arası dinləmə qanuni ilə bağlı hər hansı hüquqi standartın pozulmasına dair heç kimin iradın olmadığının və qanunun Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına zidd olmadığını bildirir.

Papuaşvili bildirir ki, dəyişikliklərlə bağlı heç bir hüquqi qeyd təqdim edilməyib.

“Prezidentin vetosu ilə tanış olduq. Faktiki olaraq heç nə dəyişməyib. Venesiya Komissiyasının bəyanatını da gördük. Əsaslandırma demək olar ki, eynidir. Dırnaq arası dinləmə qanuni ilə bağlı sıfır hüquqi problemin olması ilə hamı razılaşır, hər hansı hüquqi standartın pozulması ilə bağlı heç kimin iradı yoxdur. Məsələn, bu, Avropa İnsan Haqları Məhkəməsinin praktikası ilə ziddiyyət təşkil etmir. Heç bir hüquqi qeyd və heç bir hüquqi arqument yoxdur. Əvvəl eşitdiyimiz eyni ritorika qalmaqdadır. Parlament qanunlayihəyə baxılması üçün üç ay vaxt ayırıb. Bütün maraqlı tərəflər prosesdə iştirak edirdilər. Heç bir zaman hüquqi rəy verilməyib. Venesiya Komissiyası bu qanunlayihənin hər hansı beynəlxalq təcrübəyə və ya insan hüquqlarına zidd olub-olmadığını deməlidir. Venesiya Komissiyası bizə bildirdi ki, bu, heç bir standarta zidd deyil”- deyə Şalva Papuaşvili bildirib.