Şalva Papuaşvili -deputatların 80 faizi Tini Koksun seçilməsini dəstəkləyib, "Milli Hərəkat" razılaşmadığı hər şeyi rusiyapərəst kimi vəftiz edir
Şalva Papuaşvili -deputatların 80 faizi Tini Koksun seçilməsini dəstəkləyib, "Milli Hərəkat" razılaşmadığı hər şeyi rusiyapərəst kimi vəftiz edir

 

Deputatların 80 faizi Tini Koksun Avropa Şurası Parlament Assambleyasının rəhbəri seçilməsini dəstəkləyib, “Milli Hərəkat” razılaşmadığı hər şeyi rusiyapərəst kimi vəftiz edir – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifətin bir hissəsinin Tini Koksu rusiyapərəst hesab etməsi ilə bağlı sualı cavablandırarkən bu barədə açıqlayıb.

Papuaşvili müxalifət nümayəndələrinin bu bəyanatının cəfəngiyyat olduğunu və cəmiyyətin bununla bağlı heç bir reaksiyası olmadığını bildirir.

“Tini Koks Avropa Şurası Parlament Assambleyasının rəhbəri vəzifəsini icra edirdi. Bundan başqa, deputatların 80%-i onun seçilməsinə səs verib. Bu açıqlama cəfəngiyyatdır və “Milli Hərəkat” razılaşmadığı hər şeyi rus, rusiyapərəst kimi vəftiz edir, hər şeyi Kremlə bağlayır. Bu yeganə şeyi, onların hakimiyyətdə olduqları zaman istifadə etdikləri tipik təbliğatı göstərir. İndi müxalifətdən təbliğat gedir, bəyənmədikləri hər şeyə rusiyapərəst damğası vurulur. Bu cəfəngiyyatdır, cəmiyyət bunu ironiya ilə qarşılayır və buna heç bir reaksiya vermir”- deyə Şalva Papuaşvili açıqlayıb.

Tini Koks ikinci dəfə Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilib. 175 deputat Koksun namizədliyini dəstəkləyib. Prezidentliyə ikinci namizəd 44 səs toplayan ukraynalı Aleksandr Merejko olub.