Şalva Papuaşvili - de-oliqarxizasiya termini Gürcüstana müəyyən çaşqınlıq gətirib, məhz bu səbəbdən qanunun qəbulu vacibdir
Şalva Papuaşvili - de-oliqarxizasiya termini Gürcüstana müəyyən çaşqınlıq gətirib, məhz bu səbəbdən qanunun qəbulu vacibdir

 

De-oliqarxizasiya termininin daxil edilməsilə Gürcüstanda etiraf etməliyik ki, qütbləşmə dərinləşdi, radikallaşma təşviq edildi, çünki terminologiya baxımından müəyyən çaşqınlıq gətirdi, hamı ondan siyasi maraqlardan irəli gələrək istifadə edir. Məhz bu səbəbdən oliqarxı müəyyən edəcək qanunun qəbul edilməsi vacibdir-bu barədə parlamentin sədri Şalva Papuaşvili açıqlama verib.

Papuaşvili ölkənin de-oliqarxizasiya qanunu baxımından düzgün yolda olduğunu bildirib.

“Bu, dünyada mövcud yeganə nümunə olan və Avropa Komissiyasının prezidentinin namizəd statusundan danışarkən yaxşı kimi qiymətləndirdiyi və indi bu qanunun həyata keçirilməsinin vacib olduğunu bildirdiyi belə bir qanundur. Biz məhz bu yolla gedirik və radikallaşmanın azalması, bu mövzuda spekulyasiyaların azalması, terminoloji olaraq bunun nə demək olduğu, nəticələrinin nədən ibarət olmasının aydın şəkildə müəyyən edilməsi vacibdir. Bundan irəli gələrək, fikrimcə, cəmiyyətimiz üçün spekulyasiyalara son qoyulması və qanunun qəbulu da vacibdir. Ukrayna qanununun sözbəsöz surətini çıxarmaq qərarı ondan irəli gəlir ki, Avropa Komissiyasının prezidenti bu praktikanı təsdiqləyib və bu qanun o zaman elə hazırlanıb ki, heç kim orada gürcü siyasi maraqlarının olduğunu deyə bilməz. Hesab edirəm ki, bu baxımdan biz düzgün yoldayıq, bu həftə bu məsələləri bir daha müzakirə edəcəyik və parlamentin yekun nəticəsini görəcəksiniz” -deyə Papuaşvili bildirib.