Şalva Papuaşvili Danimarka Krallığının səfiri ilə görüşüb
Şalva Papuaşvili Danimarka Krallığının səfiri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Danimarka Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ane Toft Sorensen ilə görüşüb.

Şalva Papuaşvili Ane Sorenseni səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Sədr Danimarkadakı məhsuldar səfərindən danışıb.

Səfir qeyd edib ki, noyabrın 1-də Danimarkada parlament seçkiləri keçirilib və hazırda yeni hökumətin formalaşdırılması prosesi gedir. Bu baxımdan o, Danimarkanın bütün hökumətlərinin Gürcüstanın ərazi bütövlüyünü və islahatlarını dəstəkləməkdə davam edəcəyini, Danimarka səfirliyinin Tbilisidə açılması qərarının bunu sübut etdiyini vurğulayıb.

Parlamentin sədri Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişindən danışıb.

Danimarka səfiri Danimarkanın Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirməkdə Gürcüstana dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Görüşdə Rusiyanın Ukraynaya qarşı təcavüzü və onun nəticələri, Gürcüstanda və regionda baş verən hadisələrə də toxunulub.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.