Şalva Papuaşvili - Cinayətkarlarla siyasi münasibətləri normal şəkildə təqdim etmək gürcü xalqının və Avropa İttifaqının ümumi dəyərlərinə ziddir
Şalva Papuaşvili - Cinayətkarlarla siyasi münasibətləri normal şəkildə təqdim etmək gürcü xalqının və Avropa İttifaqının ümumi dəyərlərinə ziddir

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə Zurab Adeişvilinin Almaniya və Avropa İttifaqının qanunverici və icra strukturlarında keçirilən görüşlərdə iştirakına münasibət bildirir.

Parlament sədrinin qeyd etdiyi kimi, Zurab Adeişvili insana işgəncə verilməsindən tutmuş biznesin reket edilməsinə qədər geniş spektrli cinayətləri əhatə edən işlərdə təqsirli bilinir.

“Zurab Adeişvili insana işgəncə verilməsindən tutmuş biznesin reket edilməsinə qədər bir çox cinayətlərdə təqsirli bilinir və aşağıdakı cəzaya məhkum edilib:

Koba Davitaşvilinin oğurlanması və döyülməsi işi – altı il; Cəzaçəkmə müəssisələrində işgəncə halı – dörd il altı ay; “Akura” şərab şirkətinin işi- bir il altı ay; “TV İberiya” işi – bir il altı ay; Bank “Cartu”nun iflas işi – beş il üç ay.

Əgər “Gürcü Arzusu” iqtidarı Zurab Adeişvilinin özünün qəbul etdiyi məcmu cəzalar prinsipini ləğv etməsəydi, o, ümumilikdə 18 il həbsdə qalacaqdı. Cinayətkarlarla siyasi münasibətləri normal şəkildə təqdim etmək gürcü xalqının və Avropa İttifaqının ümumi dəyərlərinə ziddir. Burada bir daha qeyd etmək lazımdır ki, Ukrayna xalqının təcavüzə qarşı qəhrəmancasına mübarizəsi onun hökumətini cinayətkarları himayə etmək məsuliyyətindən azad etmir” – parlamentin sədri yazır.

Dünən Almaniya səfirliyi, bu gün isə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi bəyanat yayıb.

Zurab Adeişvili Gürcüstanda bir neçə iş üzrə ittiham olunur və bir neçə iş üzrə isə mühakimə olunub.