Şalva Papuaşvili Çin Xalq Respublikasının səfiri ilə görüşüb
Şalva Papuaşvili Çin Xalq Respublikasının səfiri ilə görüşüb

 

Parlamentin sədri Şalva Papuaşvili Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Chou Tsien ilə görüşüb.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, Papuaşvili Chou Tsieni səfir təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

“Tərəflər son illərdə Gürcüstan və Çin Xalq Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd ediblər.

Parlamentin sədri Çinin Gürcüstanın ərazi bütövlüyü və tanınmama siyasətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib və Gürcüstanın “Vahid Çin” siyasətini dəstəklədiyini bir daha təsdiqləyib.

Görüşdə, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu qeyd olunub. Tərəflər ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün hazırlıq ifadə ediblər.

Görüşdə Gürcüstan Parlamentinin Çin Xalq Respublikasının Parlamenti ilə Dostluq Qrupunun rəhbəri, Qiorqi Amilaxvari iştirak edib”-deyə Parlamentin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.