Şalva Papuaşvili Çexiya səfiri ilə görüşüb
Şalva Papuaşvili Çexiya səfiri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Çexiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska ilə görüşüb.

Parlamentin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstan və Çexiya arasında ikitərəfli məhsuldar əməkdaşlığa nəzər salınıb.

“Şalva Papuaşvili Gürcüstanın ərazi bütövlüyünə və Avropa istəklərinə verdiyi qəti dəstəyə görə minnətdarlığını bildirib.

Görüşdə Rusiyanın Ukraynaya təcavüzü müzakirə olunub. Parlamentin sədri Gürcüstanın Ukraynaya və Ukrayna xalqına qəti dəstəyini bir daha ifadə edib.

Parlamentin sədri Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətindən ətraflı şəkildə danışaraq, Avropa Komissiyası tərəfindən göndərilmiş sorğu vərəqəsinin doldurulması istiqamətində aktiv şəkildə iş aparıldığını bildirib.

Şalva Papuaşvili qeyd edib ki, 2022-ci ilin ikinci yarısında Çexiya Avropa İttifaqı Şurasına sədrlik vəzifəsini aldıqdan sonra Çexiyanın Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyi xüsusilə vacib olacaq” – deyə parlamentin Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Onların verdiyi məlumata görə, tərəflər Çexiya Respublikası Parlament Senatının prezidentinin Gürcüstana planlaşdırılan səfərini müzakirə edərək, səfərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətini vurğulayıblar.