Şalva Papuaşvili - bütün amerikalı dostlarımızı 4 iyul, Müstəqillik Günü münasibətilə təbrik edirəm
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Twitter” sosial şəbəkəsində Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.
Papuaşvilinin yazdığı kimi, ABŞ və Gürcüstan dostluq və tərəfdaşlıq münasibətləri formatında əməkdaşlığı davam etdirir.
“Bütün amerikalı dostlarımızı 4 iyul münasibətilə təbrik edirəm. Böyük xalqınızın doğum gününü qeyd edərkən sizə şənlik və sevinc dolu bir gün arzulayıram. ABŞ və Gürcüstan arasındakı dostluq və tərəfdaşlıq əməkdaşlığa, tərəqqiyə və ortaq dəyərlərə təkan verməkdə davam edir. Müstəqillik gününüz mübarək!” -deyə Şalva Papuaşvili yazır.