Şalva Papuaşvili -Niyə keçən il Gürcüstana namizəd statusu verilməməsi ilə bağlı bu günə kimi cavabımız yoxdur, bu, müəyyən siyasi qərar idi, hansı fikirlərə əsaslandığını söyləmək çətindir
Şalva Papuaşvili -Niyə keçən il Gürcüstana namizəd statusu verilməməsi ilə bağlı bu günə kimi cavabımız yoxdur, bu, müəyyən siyasi qərar idi, hansı fikirlərə əsaslandığını söyləmək çətindir

Keçən il Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun niyə verilməməsi ilə bağlı bu günə kimi cavabımız yoxdur. Əslində, bu cavab mövcud deyil, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Statusun verilməməsinin səbəbi nə olub sualını verəndə cavab fərqli olur, bir-birindən radikal şəkildə fərqlənir. Əslində bu, bunun obyektiv cavabının olmadığını göstərir. Bu, müəyyən siyasi qərar idi, onun hansı fikirlərə əsaslandığını söyləmək çətindir”, – Şalva Papuaşvili qeyd edib.