Şalva Papuaşvili - Bu gün Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür və bu baxımdan Gürcüstan bir daha bizim nailiyyətlərimizlə fəxr edə bilər
Şalva Papuaşvili - Bu gün Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür və bu baxımdan Gürcüstan bir daha bizim nailiyyətlərimizlə fəxr edə bilər

Bu gün Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür və bu baxımdan Gürcüstan bir daha bizim əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilər, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Gürcüstan regionda görkəmli ölkədir və altı Avropa İttifaqı və doqquz NATO ölkəsini qabaqlayır.

“Ölkəmiz korrupsiyadan bütün namizəd ölkələrdən daha çox azaddır. Bu, təbii ki, Gürcüstan hökumətinin xidmətidir. Bizdə elə qanunvericilik çərçivəsi və elə prevensiya və nəzarət mexanizmləri var ki, Gürcüstanın korrupsiyaya qarşı mübarizədə ön sıralarda olmasını təmin edir. Bu nailiyyətlər Avropa Komissiyasının çıxardığı qənaətdə də qeyd edilir və bu baxımdan bizim qabaqcıl mövqelərimizi qoruyub saxlamağımız qürurverici haldır”, – Papuaşvili bildirib.