Şalva Papuaşvili - Bu gün ictimaiyyət “Gürcü Arzusu”nun seçkilərdə hansı iyirmiliklə iştirak etdiyini öyrənəcək, bir neçə həftəyə isə tam siyahının təqdimatı olacaq
Şalva Papuaşvili - Bu gün ictimaiyyət “Gürcü Arzusu”nun seçkilərdə hansı iyirmiliklə iştirak etdiyini öyrənəcək, bir neçə həftəyə isə tam siyahının təqdimatı olacaq

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, “Gürcü Arzusu”nun seçki siyahısının ilk iyirmiliyinin bu gün məlum olacağını, bir neçə həftəyə isə tam siyahının təqdimatının olacağını bildirib.

“Saat 20:00-da ilk iyirmiliyin təqdimatı olacaq, cəmiyyətimiz “Gürcü Arzusu”nun seçkilərdə hansı iyirmiliklə iştirak etdiyini öyrənəcək. Tezliklə, bir neçə həftəyə tam siyahının təqdimatı olacaq.

Təqdimatın bütün mahiyyəti siyahının əvvəlcədən deyil, təqdimat zamanı elan edilməsindən ibarətdir. Bu qədər insan axı boş yerə saat 20:00-a toplaşmırıq. Saat 20:00-a bir neçə saat qalıb, məncə, “Gürcü Arzusu”nun ilk iyirmiliyini görmək üçün gözləməyə dəyər” – Şalva Papuaşvili jurnalistlərə bildirib.