Şalva Papuaşvili - bu gün Gürcüstanı davamlı şəkildə dəstəkləyən həmkarlarımızla ikitərəfli görüşlərimiz olacaq, onları bu dəstəyi davam etdirməyə çağırırıq
Bu gün Asiya, Afrika və Mərkəzi Amerika ölkələri ilə səkkiz ikitərəfli görüş keçiriləcək. Biz Gürcüstanla bağlı BMT-də hazırlanmış qətnaməni dəstəkləməkdən çəkinə biləcək həmin ölkələrin parlament sədrləri ilə görüşməyə çalışırıq, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfərdə olduğu Anqolada deyib. .
Onun sözlərinə görə, görüşdə qətnaməni dəstəkləməyin onlar üçün niyə vacib olması ilə bağlı onlarla müzakirə aparılacaq.
“Bu, təkcə Gürcüstanı dəstəkləmək, məcburi köçkünə çevrilmiş insanlarımızı dəstəkləmək və bu insanların öz evlərinə qayıtmaq hüququnun olduğunu etiraf etmək deyil, həm də beynəlxalq hüququn prinsiplərinə hörmət etməkdir, çünki bu prinsip bir dəfə pozulsa, o zaman dəfələrlə pozula və son nəticədə bir çox ölkələrə təsir edə bilər. Hesab edirəm ki, belə görüşlərin nəticəsi ondan ibarətdir ki, BMT-də Gürcüstan üçün hazırlanan qətnamənin tərəfdarlarının sayı artır. Gürcüstana davamlı dəstək verən həmkarlarımızla ikitərəfli görüşlərimiz olacaq və biz onlara xüsusi minnətdarıq. Biz onları bu dəstəyi davam etdirməyə çağırırıq”, – deyə Papuaşvili bildirib.