Şalva Papuaşvili - Brüsselə səfər zamanı Aİ-nin üzvlük üçün müraciətlərlə bağlı bürokratik prosedurları sürətləndirməyə çalışdığına dair təsdiq almışıq
Brüsselə səfər zamanı Aİ-nin üzvlük üçün müraciətlərlə bağlı bürokratik prosedurları sürətləndirməyə çalışdığına dair təsdiq almışıq. Gürcüstanın Aİ-yə üzvlük üçün müraciəti artıq müvafiq departamentlərə göndərilib və onlar sorğu vərəqəsini hazırlamalıdırlar-bu barədə parlamentin sədri Brüsselə səfərin birinci günü çərçivəsində keçirilən görüşləri yekunlaşdırarkən bildirib.
” Başqa vaxtlarda prosedurlar aylarla davam edirdisə, indi çox güman ki, bir neçə həftəyə başa çatacaq. Ölkənin öyrənilməsi və təhlili üçün əsas olan sorğu anketi göndəriləcək. Digər tərəfdən, namizəd statusunun verilməsi ilə bağlı qərarın sürətləndirilib-sürətləndirilməyəcəyi siyasi qərar məsələsidir. Biz öz işimizi görməliyik” – deyə Şalva Papuaşvili bildirib.
Parlament sədrinin sözlərinə görə, Brüsseldə keçirilən görüşlərdə əsas müzakirə mövzularından biri Rusiyanın Ukraynaya təcavüzü və regionda təhlükəsizlik baxımından mövcud vəziyyət olub.
Məlumatı Parlamentin Mətbuat Xidməti yayır.