Şalva Papuaşvili Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun nümayəndələri ilə görüşdü
Birləşmiş Krallığa səfəri çərçivəsində, Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (The Royal United Services Institute) nümayəndələri ilə görüşdü
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili diqqəti Gürcüstanın işğal olunmuş ərazilərində insan hüquqlarının pozulması ilə bağlı kobud faktlara yetirdi. İşğal olunmuş ərazilərdə yaşayan Gürcüstan vətəndaşlarının ana dilində təhsil almalarının qadağan edildiyi, adam oğurluğu və qanunsuz azadlıqdan məhrum etmə hallarının olduğu qeyd edildi.
“Parlamentin sədri Rusiyanın Ukraynaya qarşı aqressiv siyasəti, bölgədəki çətin təhlükəsizlik mühiti və Gürcüstan Parlamentinin Ukraynaya dəstək verən qətnaməsi barədə də danışdı.
Görüşdə Şalva Papuaşvili Gürcüstan və Ukraynanın NATO ilə daha da yaxınlaşmasının vacibliyini vurğulaydı”, – Parlamentin mətbuat xidmətinin məlumatında deyilir.
Gürcüstan Parlamentinin nümayəndə heyətinə deputatlar: Nikoloz Samxaradze, Nino Silosani, Giorgi Xelaşvili və Teona Akubardia, həmçinin Parlament sədri kabinetinin rəhbəri, Levan Maxaşvili daxildir.