Şalva Papuaşvili Böyük Britaniya İcmalar Palatasının Müdafiə Komitəsinin sədri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Böyük Britaniya parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin sədri Tobaia Elvud və komitə üzvləri ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Gürcüstan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusi yer tutduğu bildirilib.
“Şalva Papuaşvili qeyd edib ki, iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlıq uğurla davam edir və Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən göndərilən müşavir Gürcüstan Müdafiə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verir.
Böyük Britaniya tərəfinin Gürcüstanın kibertəhlükəsizlik imkanlarının inkişafında, xüsusən Gürcüstanın Milli Kibertəhlükəsizlik Strategiyasının hazırlanmasında iştirakı da vurğulanıb.
Parlamentin sədri Gürcüstanın Avroatlantik inteqrasiya yolunda əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan danışıb.
“Qeyd edilib ki, Rusiyanın destruktiv siyasəti və onun yaratdığı təhdidləri nəzərə alaraq, təhlükəsizlik sektorunda səmərəli əməkdaşlığın davam etdirilməsi vacibdir”, – deyə Gürcüstan parlamentinin mətbuat xidməti bildirib.