Şalva Papuaşvili Böyük Britaniya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri ilə görüşdü
Şalva Papuaşvili Böyük Britaniya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri ilə görüşdü

Londonda səfərdə olan Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Böyük Britaniya baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri, Devid Kueri ilə görüşdü.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ukraynada baş verən hadisələr və təhlükəsizliklə bağlı vəziyyət müzakirə olundu.

“Biz baş nazirin müşaviri ilə təhlükəsizlik məsələləri və Ukrayna ilə bağlı danışdıq, bu da öz növbəsində Gürcüstanla bağlıdır. Gürcüstan baxımından Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı risklər və bunun ölkəmizin təhlükəsizliyinə təsir edəcəyi ilə bağlı fikirləri bölüşdük. Biz həmkarlarımızdan bir daha təsdiq aldıq ki, Gürcüstan NATO üzvü kimi, Böyük Britaniyanın diqqət mərkəzindədir və onlar ölkəmizdə və onun ətrafında mövcud olan təhlükəsizlik risklərini tam başa düşürlər”, – Şalva Papuaşvili görüşdən sonra bəyan etdi.

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin sözlərinə görə, London yaxşı başa düşür ki, regionda təhlükəsizlik kontekstində Ukrayna ilə yanaşı, Gürcüstan da nəzərdən keçirilir.

“Bu, bizim üçün vacibdir, çünki hamı, xüsusən də Londonda yaxşı başa düşürlər ki, Ukrayna məsələsi ayrıca məsələ deyil – bu halda Ukrayna ilə birlikdə Gürcüstan, təhlükəsizliyimiz, ərazi bütövlüyümüz nəzərdə tutulur. Aydın ismarıc idi ki, Britaniya Gürcüstanın NATO-ya üzvlüyü səylərini yenə də fəal dəstəkləyəcək”, – Nikoloz Samxaradze bəyan etdi.

Gürcüstan Parlamentinin nümayəndə heyətinə deputatlar: Nikoloz Samxaradze, Nino Silosani, Giorgi Xelaşvili və Teona Akubardia, həmçinin Parlament sədri kabinetinin rəhbəri, Levan Maxaşvili daxildir.