Şalva Papuaşvili Bolqarıstan səfiri ilə vida görüşü keçirib
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Bolqarıstanın səfiri Veselin Valkanov ilə görüşüb. Səfir yaxın vaxtlarda Gürcüstandakı diplomatik missiyasını başa vuracaq.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan–Bolqarıstan münasibətləri və iki ölkə arasında tarixən mövcud olan sıx əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə və bu prosesdə mövcud çağırışlara toxunublar. Görüşdə Gürcüstanın xarici siyasətində suverenliyin və milli maraqların qorunmasının əhəmiyyəti vurğulanıb, eləcə də Aİ ölkələri ilə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Parlament sədri Veselin Valkanova iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb