Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid ilə görüşüb.
Parlamentin mətbuat xidməti tərəfindən yayılan məlumatda, Şalva Papuaşvilinin Abdulla Şahid tərəfindən Birləşmiş Millətlər Təşkilatının 76-cı sessiyasına uğurlu rəhbərlik edilməsini alqışladığı və onun prezidentliyi dövründə müəyyən edilmiş prioritetlərə yönəlik Gürcüstanın dəstəyini ifadə etdiyi deyilir.
Parlamentin sədri BMT-nin Gürcüstandakı ofisi ilə səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparıb və sıx əlaqələrin əhəmiyyətini vurğulayıb.
Qlobal çağırışlar nəzərə alınmaqla, görüşdə çoxtərəfli diplomatiyanın, qaydalara əsaslanan beynəlxalq nizamın və qadınların siyasətdə daha fəal iştirakına dəstəyin vacibliyi vurğulanıb.
Tərəflər Gürcüstanın işğal olunmuş bölgələrində yaranmış ağır vəziyyətdən danışıblar.
Şalva Papuaşvili Maldiv Respublikası və BMT Baş Assambleyası tərəfindən Gürcüstanın ərazi bütövlüyü və tanınmama siyasətinə verilən dəstəyə görə Abdulla Şahidə minnətdarlığını bildirib.
Məlumatı parlamentin mətbuat xidməti yayır.