Şalva Papuaşvili - Bizim problemimiz və çağırışımız qütbləşmə deyil, radikallaşmadır
Şalva Papuaşvili - Bizim problemimiz və çağırışımız qütbləşmə deyil, radikallaşmadır

 
Gürcüstanın çağırışı və problemi qütbləşmə deyil, Gürcüstanda radikallaşma problemi var- -bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının doqquz tövsiyəsi ilə bağlı ilk işçi iclası başlamazdan əvvəl bildirib.

“Gürcüstanın çağırışı və problemi qütbləşmə deyil. Ümumiyyətlə, qütbləşmə müasir siyasətin tərkib hissəsidir. Bütün ölkələrdə, o cümlədən sosial şəbəkələrdən geniş istifadədən irəli gələrək müzakirələrdə müəyyən kobudluq var, lakin dövlət və hakimiyyətin qərarı gücsüz olanda, qərar qəbul etməkdə problemlər yarananda qütbləşmə problem yaradır. Gürcüstanda belə bir şey yoxdur. Parlamentdə qəti çoxluğumuz var, hökumət qərarlar verir. Gürcüstanda radikallaşma problemi var. Müxalifət hakimiyyətin legitimliyini tanımaq istəmir. Müxalifət demokratik üsullarla deyil, başqa üsullarla hakimiyyətə gəlmək istəyir. Bu səbəbdən qütbləşmə qütbləşmədir, amma bizim problemimiz və çağırışımız qütbləşmədə deyil, radikallaşmadadır. Müxtəlif ölkələrdə Ukraynaya yardım da daxil olmaqla qərarlar qəbul edə bilmirlər, qərarların qəbul edilməsinə nail olunmaması problemdir. Bu, Gürcüstanda problem deyil, radikal müxalifət problemdir”- deyə Şalva Papuaşvili açıqlayıb.