Şalva Papuaşvili - Bizim istəyimiz İctimai Yayımçının həm maliyyə, həm də digər cəhətlərdən müstəqilliyini təmin etməkdir, biz mütləq ən yaxşı həll yolunu tapacağıq
Əminik ki, nəhayi modeldə razılaşacağıq, istəyimiz bir tərəfdən dövlət büdcəsinin rasional bölüşdürülməsi, digər tərəfdən İctimai Yayımçının həm maliyyə, həm də digər cəhətlərdən müstəqilliyinin təmin edilməsidir, bunun üçün biz mütləq ən yaxşı həll yolunu tapacağıq, – parlamentin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili və Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze ilə yayımçının maliyyələşdirilməsinin yeni metodu ilə bağlı görüşdən sonra bildirdiyinə əsasən, müəyyən fikirlər var və onlar razılaşıblar ki, sözügedən məsələ ilə bağlı müzakirələr davam etdirilsin.
“Bu təşəbbüslə bağlı həm baş direktor, həm də Qəyyumlar Şurasının sədri ilə söhbətimiz oldu. Düşünürəm ki, bu təşəbbüsün motivi ictimaiyyətə aydındır. Vaxtilə İctimai Yayımçının büdcəsinin ümumi daxili məhsulla əlaqələndirilməsi qaydası müvəqqəti norma kimi “Yayım haqqında qanun”a salınmışdı, bu, müvəqqəti norma idi. Eyni qanunda, əvvəlki bəndlərdə əsas normanın necə olması barədə yazılıb ki, bu, vergi ödəyicilərindən, yəni əhalidən asılı olmalıdır, başqa dəyişən daxil edilib. Gürcüstanda ümumi daxili məhsulda sıçrayış kimi artım olduğu üçün parlament üzvlərinin təşəbbüsü məhz belə bir sıçrayışa bənzər artımın məqsədəuyğun və adekvat olmaması idi. Əslində, son bir neçə ildə İctimai Yayımçının Büdcəsi 50 faiz artıb, o, əgər yenə ümumdaxili məhsulla bağlı olsa, növbəti 3-4 ildə yenidən 50 faiz artım olacaq. Başqa ölkələrin təcrübələrindən bildiyimə görə, heç bir yerdə ümumi daxili məhsulla belə əlaqə yoxdur. Müxtəlif sistemlər var, biz bu haqda danışdıq. Hansısa dəyişənlərin götürülməsinin daha rasional olacağı fikrini tamamilə başa düşürəm. Razılaşdıq ki, bu barədə nə düşünəcəyimizi müzakirə edəcəyik, müəyyən fikirlər var. Əminik ki, nəhayi modeldə razılaşacağıq. Bizim istəyimiz dövlət büdcəsini rasional şəkildə bölüşdürmək, digər tərəfdən isə ictimai yayımçının həm maliyyə, həm də digər cəhətlərdən müstəqilliyini təmin etməkdir, bunun üçün mütləq ən yaxşı həll yolunu tapacağıq”, – Papuaşvili bildirib.
Qanunvericiliyə edilən dəyişikliklə bağlı İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvili və Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze parlamentin sədri Şalva Papuaşvili və “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə görüşüblər.
Müəllif -
Mehemmed Bayramaliyev