Şalva Papuaşvili - biz nəinki sanksiyalardan yayınmağın baş verməməsini təmin edən, həm də Avropa İttifaqı, ABŞ-ın gözündən yayınmış yükləri sərhədlərdə tutan bir sistem qura bildik
Bir neçə həftə əvvəl Avropa İttifaqının missiyası ölkəmizdə səfərdə idi, bu işdə ən səlahiyyətli insanlar, bu missiya bura gəldi və nəyinki şübhələri var idi, əksinə Gürcüstan dövlətinə təşəkkür etdilər – deyə parlamentin sədri bildirib.
Onun sözlərinə görə, sanksiyalarla əlaqəli Gürcüstanla bağlı verilən istənilən sual spekulyasiyadır.
“Biz nəinki Gürcüstandan istifadə etməklə sanksiyalardan yayınmağın baş verməməsini təmin edən, həm də Avropa İttifaqı, ABŞ-ın və ya digər ölkələrin gözündən yayınmış və Rusiya bazarına çıxarıla biləcək yükləri sərhədlərdə tutan bir sistem qura bildik. Gürcüstan və bizim sistem olmasaydı, Avropa İttifaqından göndərilən sanksiya tətbiq edilmiş yüklər hələ də Rusiyaya çatacaqdı. Beləliklə, heç bir şübhənin olmaması ilə yanaşı, həm də bizə qarşı təsdiqlənmiş minnətdarlıq var və bununla bağlı hər hansı spekulyasiya artıq təsdiqlənmiş yalandır”, – Papuaşvili bildirib.