Şalva Papuaşvili Birləşmiş Krallığın səfirliyində açılan xatirə dəftərinə başsağlığı yazıb
Şalva Papuaşvili Birləşmiş Krallığın səfirliyində açılan xatirə dəftərinə başsağlığı yazıb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfirliyində olub, Birləşmiş Krallığın kraliçası II Elizabetin vəfatı ilə əlaqədar açılan xatirə dəftərinə başsağlığı yazıb.

Şalva Papuaşvili Gürcüstan parlamenti adından bir daha Böyük Britaniya kral ailəsinə və xalqına başsağlığı verib.

Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında vəfat edib.